İDMAN


“Liverpul” səfərdə "Crevena Zvezda”ya, "Monako" isə öz meydanında "Brügge"yə məğlub olub

Bakı, 6 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Noyabrın 6-da UEFA Çempionlar Liqasının 4-cü turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun açılış oyununda gözlənilməz hesablar qeydə alınıb. Sensasiyalardan biri Serbiyada baş tutub. Turnirin son finalçısı “Liverpul” səfərdə “Crevena Zvezda”nın qonağı olub. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra C qrupunda dörd xal toplayan Serbiya təmsilçisi PSG klubu ilə üçüncü və dördüncü yerləri bölüşürlər. "Liverpul" isə altı xalla birinci yerdədir.

Qrupun digər oyununda "Napoli" (İtaliya) doğma meydanda Fransanın PSG klubunu qəbul edəcək.

A qrupunda yer alan "Monako" (Fransa) doğma meydanda Belçikanın "Brügge" klubuna 4:0 hesabı ilə məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.