İDMAN
“Liverpul”un baş məşqçisi Yurgen Klopp cərimələnib
Bakı, 22 fevral, AZƏRTAC
İngiltərə Futbol Assosiasiyası “Liverpul” futbol klubunun baş məşqçisi Yurgen Kloppu cərimələyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 51 yaşlı almaniyalı mütəxəssis ölkə çempionatının 25-ci turunda “Vest Hem” komandası ilə qarşılaşmadan sonra bölüşdüyü fikirlərə görə cəzalandırılıb.
Mütəxəssis görüşün hakimi Kevin Fredi tənqid edib: “Biz oyundan kənar qol vurduq. Məncə, hakim fasilədə bunu bildi. İkinci yarıda qəribə hadisələrin baş verməsi belə deməyə əsas verir. Hakimin təəccüblü davranışı matçın gedişini aşağı saldı”.
Assosiasiya hesab edir ki, baş məşqçi bu sözləri ilə hakimin ədalətliliyini şübhə altına alır və buna görə Klopp 45 min avro cərimə ödəməlidir.
Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən “Liverpul” klubunu çalışdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]