İDMAN


“Liverpul”un kapitanı üçün mövsüm erkən başa çatıb

Bakı, 11 iyul, AZƏRTAC

İngiltərənin “Liverpul” futbol klubunun kapitanı Cordan Henderson üçün cari mövsüm vaxtından əvvəl başa çatıb.

AZƏRTAC Britaniya mətbuatına istinadla xəbər verir ki, bu barədə klubun baş məşqçisi Yurgen Klopp məlumat verib. O, “Brayton”la matçda top uğrunda mübarizə zamanı dizindən zədələnən 30 yaşlı yarımmüdafiəçinin qalan 4 liqa görüşündə iştirak etməyəcəyini deyib.

Alman mütəxəssis ingilis yarımmüdafiəçinin əməliyyat olunmayacağını və yeni mövsümə kimi hazır olacağını bildirib.

Qeyd edək ki, C.Henderson cari mövsümdə keçirdiyi 40 matçda 4 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.