İDMAN


“Liverpul”un qapıçısı Şamal Corc hücuma məruz qalıb

Bakı, 11 mart, AZƏRTAC

İngiltərənin “Liverpul” futbol klubunun qapıçısı Şamala Corc hücuma məruz qalıb.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, hadisə səhər saatlarında Liverpulun mərkəzindəki meydanda baş verib. Təcavüzkarlar 21 yaşlı qapıçı və onun 28 yaşlı qardaşına xəsarət yetiriblər. Hər iki zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Şamal Corc “Twitter” səhifəsində azarkeşlərinə müraciət edib və dəstəklərinə görə təşəkkür edib. “Liverpul”un rəhbərliyi deyib: “Biz Şamala və ailəsinə lazımi kömək göstərəcəyik”.

Qeyd edək ki, Britaniya polisi araşdırmalara başlayıb və videogörüntülərdən istifadə edərək təcavüzkarları axtarır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.