İDMAN


“Liverpul”un yarımmüdafiəçisi Sadio Mane “Paris Sen-Jermen” ilə matçda çıxış etməyə bilər

Bakı, 27 noyabr, AZƏRTAC

“Liverpul” klubunun yarımmüdafiəçisi Sadio Mane xəstələndiyi üçün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda “Paris Sen-Jermen” ilə matçda iştirak etməyə bilər.

AZƏRTAC “Gazeta.ru”ya istinadla xəbər verir ki, seneqalli futbolçu son 24 saat ərzində özünü pis hiss edib. Oyunçunun matçda iştirakı ilə bağlı qərarın bir qədər gec qəbul ediləcəyi bildirilir.

“Paris Sen-Jermen”-“Liverpul” matçı noyabrın 29-da “Park de Prens” stadionunda oynanılacaq.

İyirmi altı yaşlı Mane hazırkı mövsümdə “Liverpul”un heyətində 14 matçda 7 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.