DÜNYA
Liviya Milli Barışıq Hökumətinin başçısı istefa verəcəyini açıqlayıb
Qahirə, 17 sentyabr, AZƏRTAC
Liviya Milli Barışıq Hökumətinin başçısı Faiz əl-Sərrac oktyabrın sonunda istefa verəcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, dövlət televiziyasında çıxış edən əl-Sərrac həmin tarixdə öz səlahiyyətlərini yeni hökumətin başçısına təhvil verəcəyini bəyan edib. O, ümidvar olduğunu bildirib ki, ölkədə atəşkəs və münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar uğurla nəticələnəcək, Liviyanın yeni Prezidenti və Baş Naziri seçiləcək.
Faiz əl-Sərrac 2015-ci ildən BMT-nin himayəsi ilə aparılan danışıqlardan sonra yaradılan Milli Barışıq Hökumətinə başçılıq edir. Bu hökumət 2011-ci ildə Muammər Qəddafi hakimiyyətinin devrilməsindən sonra yaranan xaosa son qoysa da, ölkədə sülhü təmin edə və vətəndaş qarşıdurmasını dayandıra bilməyib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]