DÜNYA


Liviya Milli birlik hökumətinin rəhbəri etirazçıları dəstəkləyib

Bakı, 2 iyul, AZƏRTAC

Liviya Milli birlik hökumətinin rəhbəri Abdul Hamid Dbeyba ölkənin şərqində yerləşən Tobruk şəhərində iğtişaşlarla müşayiət olunan kütləvi etiraz aksiyalarının iştirakçılarını dəstəkləyib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Liviyanın bir sıra şəhərində iyulun 1-də başlayan kütləvi etiraz aksiyaları davam edir. Aksiya iştirakçıları hakimiyyətin buraxılmasını, prezident və parlament seçkilərinin yenidən keçirilməsini, həmçinin muzdluların və xarici qüvvələrin ölkədən çıxarılmasını tələb edirlər. Dünən Tobruk şəhərində etirazçılar Nümayəndələr Palatasının (parlament) binasına hücum edərək onu yandırıblar.

“Mən bütün ölkə boyu nümayişçilərə qoşuluram. Hökumət daxil olmaqla, bütün hakimiyyət orqanları getməlidir, bu isə yalnız seçki yolu ilə edilə bilər. Liviya xalqı seçkilərə hansı siyasi qüvvələrin mane olduğunu bilir. Həmin qüvvələr bundan əvvəl büdcənin qəbuluna maneçilik törədib, neft istehsalını və ixracını bloklayıb. Bu da həyat şəraitinin pisləşməsinə səbəb olub”, - deyə Milli birlik hökumətinin rəhbəri tviter səhifəsində yazıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.