DÜNYA
Liviya milli neft korporasiyası fövqəladə vəziyyət elan edib
Bakı, 18 yanvar, AZƏRTAC
Liviyanın milli neft korporasiyası ölkənin bir sıra limanlarının Liviya milli ordusunun qüvvələri tərəfindən neft ixracı üçün bağlanması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat şənbə günü korporasiyanın Facebook səhifəsində dərc olunub. Məlumatda qeyd edilir ki, neft ixracının hissəvi dayandırılması hasilatın gündəlik 800 min barel ixtisar olunmasına, həmçinin hər gün 55 milyon dollar həcmində zərərə gətirib çıxaracaq.
Al Arabiya telekanalının məlumatına görə, Liviya milli ordusunun qüvvələri ölkənin mərkəzi hissəsindəki və şərqindəki terminalları bağlayıblar və həmin terminallardan neft ixracı yanvarın 18-dən dayanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]