DÜNYA


Liviya parlamentinin etimadsızlıq göstərdiyi Baş nazir xalqı meydana çağırıb

Qahirə, 22 sentyabr, AZƏRTAC

Liviya parlamentinin 113 üzvündən 89-nun milli birlik hökumətinə etimadsızlıq göstərməsi ilə əlaqədar Baş nazir Əbdül Həmid Dbeyba Tripolidəki meydanda mitinq keçirib.

AZƏRTAC xəbər verir ki, paytaxt Tripolinin Şəhidlər meydanında çıxış edən milli birlik hökumətinin başçısı əhalini parlamentin Konstitusiyaya zidd qərarına etiraz etməyə səsləyib. O, ölkənin digər şəhərlərindəki insanları da bu etiraza qoşulmağa çağırıb. Baş nazir deputatları ölkəni yenidən müharibəyə və xaosa sürükləməkdə ittiham edib.

Liviyanın Prezident Şurası da parlamentin qərarının ölkə Konstitusiyasına və tərəflər arasında bir il əvvəl əldə olunmuş razılaşmaya zidd olduğunu bəyan edib. Parlament spikerinin müşaviri Fəthi Əl-Mərimi isə rəsmi LANA agentliyinə bildirib ki, ölkənin qanunlarına əsasən, hökumət öz fəaliyyətini davam etdirir, lakin onun bəzi səlahiyyətləri, xüsusən xarici ölkələrlə sazişlər imzalamaq hüquqları məhdudlaşdırılıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.