DÜNYA


Liviya sahillərində daha 11 qanunsuz miqrant bataraq ölüb

Qahirə, 3 may, AZƏRTAC

Liviya sahillərində Avropaya yollanmaq istəyən daha 11 afrikalı qeyri-leqal miqrantın cəsədi aşkarlanıb. Bir həftə əvvəl isə 31 nəfər Aralıq dənizində həyatını itirmişdi.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Liviyanın Zaviyə şəhəri yaxınlığında batan qayıqda 11 qanunsuz miqrantın öldüyü, 12 nəfərin isə xilas edildiyi barədə məlumat yayıb. Xilas edilən afrikalılar miqrantların Tripolidəki toplaşma mərkəzinə aparılıb. Ümumilikdə son bir ayda Liviya sahillərində azı 130 miqrantın cəsədi tapılıb.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, qeyri-leqal miqrantlarla bağlı vəziyyət təhlükəli həddə çatıb və bunun qarşısını almaq üçün təcili tədbirlər görülməlidir. Son illər Liviyanın sahilyanı şəhərləri yoxsulluq ucbatından Afrika və Yaxın Şərqdən Avropaya getmək istəyən minlərlə insanın tranzit mərkəzinə çevrilib. 2021-ci ildə 7 mindən çox qanunsuz miqrant geri qaytarılıb. İnsan qaçaqmalçıları çarəsiz vəziyyətdə olan bu insanları heç bir təhlükəsizlik standartına cavab verməyən qayıqlarla daşıyırlar. Son illərdə Liviyadan Avropaya yüz minlərlə qeyri-leqal miqrant göndərilib, onlardan 20 minə yaxını dənizdə bataraq ölüb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.