DÜNYA


Liviya sahillərində gəminin qəzaya uğraması nəticəsində 117 miqrant itkin düşüb

Bakı, 19 yanvar, AZƏRTAC

Aralıq dənizinin Liviya sahillərində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində 117 nəfər itkin düşüb.

AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, xilasedicilər 3 nəfəri xilas edə bilib. Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio di Cakomo bildirib ki, itkin düşənlər arasında 10 qadın və 2 uşaq da var.

Miqrantlardan çoxu Qərbi Afrikadandır. Sağ qalanların sözlərinə görə, 40 nəfər Sudan vətəndaşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.