DÜNYA
Liviya sahillərində miqrant uşaqların cəsədləri tapılıb
Qahirə, 1 iyun, AZƏRTAC
Liviya sahillərində Aralıq dənizi ilə Avropa istiqamətində hərəkət edən qayığın batması nəticəsində boğulan afrikalı qanunsuz miqrant uşaqların cəsədləri tapılıb.
AZƏRTAC xəbər verir ki, UNICEF-in bu faciə ilə bağlı yaydığı açıqlamada cəsədlərin paytaxt Tripolinin 100 kilometrliyində yerləşən Zuvara qəsəbəsində - sahilboyu ərazidə tapıldığı bildirilir.
Liviya rəsmiləri bəyan ediblər ki, havaların isti və dənizin dalğalı olmamasından istifadə edən insan alverçiləri Aralıq dənizindən Avropaya qanunsuz miqrant daşımalarının sayını artırıblar. Qanunsuz miqrantların əksəriyyəti İspaniya və İtaliyadan geri qaytarılsa da, onlar Tripolidə yerləşən qaçqınların toplama mərkəzini tərk etmək istəmirlər.
UNICEF-in məlumatına görə, 2021-ci ildə 9650-yə yaxın qanunsuz miqrant, o cümlədən 480 azyaşlı Avropanın sahil adalarından geri qaytarılıb. Təkcə bu ay ərzində 100-dən çox afrikalı dənizdə boğularaq ölüb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]