DÜNYA


Liviya və Türkiyə arasında dənizdə neft-qaz yataqlarının işlənməsinə dair Anlaşma Memorandumu imzalanıb

Qahirə, 3 oktyabr, AZƏRTAC

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Liviya milli birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dbeybəhin iştirakı ilə Tripolidə iki ölkə arasında dənizdə neft-qaz yataqlarının işlənməsinə dair Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC LANA agentliyinə istinadla xəbər verir ki, Liviya milli birlik Hökumətinin xarici İşlər və beynəlxalq əməkdaşlıq naziri Nəcla Əl-Mənquş və Mövlud Çavuşoğlu imzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında bu sənədin iki ölkənin maraqlarına uyğun olduğunu, qlobal enerji böhranının həllinə töhfə verəcəyini söyləyiblər.

M.Çavuşoğlu qeyd edib ki, Baş nazir Əbdülhəmid Dbeybəh və liviyalı həmkarı ilə Liviyada ümumi seçkilərin keçirilməsi, sabitlik və təhlükəsizliyin bərqərar olmasını da müzakirə edib. O əlavə edib ki, rəsmi Ankara bu prosesin uğurla başa çatmasına öz dəstəyini davam etdirəcək.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.