DÜNYA


Liviyada Prezident Şurası təsis ediləcək

Qahirə, 23 yanvar, AZƏRTAC

Misirin Hurqada şəhərində BMT-nin Liviyaya Dəstək Missiyasının (UNSMILL) himayəsi altında aparılan danışıqlarda münaqişə tərəflərinin bir həftə ərzində təsis ediləcək üç nəfərdən ibarət Prezident Şurası və Baş nazir vəzifəsinə namizədlərin irəli sürülməsi təklif edilib.

AZƏRTAC xəbər verir ki, Liviya xalqı dekabrın 24-də keçiriləcək ümumi seçkilərdə Tripoli və cənub bölgəsinin namizədlərinə səs verəcəklər. Missiyanın saytında yerləşdirilən məlumatda qeyd olunub ki, tərəflər ötən ilin noyabrında Tunisdə yaradılmış Liviya Siyasi Dialoqu Forumunun qəbul etdiyi prinsiplərlə razılaşıb. İrəli sürüləcək namizədlər forumun xüsusi iclasında təsdiq ediləcək və bundan sonra seçki siyahısına salınacaq.

UNSMILL-in açıqlamasından sonra Liviyada münaqişə tərəflərinin liderləri tərəfindən hər hansı bəyanat verilməyib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.