Liviyada daha bir kütləvi məzarlıq tapılıb VİDEO
AzerTAg.az

Qahirə, 7 oktyabr, AZƏRTAC
Liviyanın İŞİD ekstremist qruplaşmasının keçmiş qalası sayılan Sirtə şəhərindəki kütləvi məzarlıqda 42 cəsəd tapılıb.
AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, eksqumasiya qrupu Sirtədəki keçmiş məktəbin həyətində tapılan 42 naməlum cəsədin DNT nümunələrini məhkəmə-tibb idarəsi ilə razılaşdırılaraq analiz üçün götürüb.
Liman şəhəri olan Sirtə 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsi və öldürülməsindən sonra Liviyanın böyük hissəsini əhatə edən xaosdan istifadə edən İŞİD-in əlinə keçib və terror qruplaşması bu ərazidə 5 il müddətində ağır cinayətlər törədib.
İŞİD-in Liviyadakı ilk qurbanları olan 21 qibti xristianın basdırıldığı kütləvi məzarlıq 2017-ci ildə tapılıb. Bundan bir il sonra Sirtədə 34 efiopiyalı xristianın qalıqlarının olduğu daha bir kütləvi məzarlıq aşkar edilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Xəbərin mətnində orfoqrafik səhv var