DÜNYA


Liviyada gedən proseslərlə bağlı beynəlxalq konfransın iştirakçıları birgə bəyanat qəbul ediblər

İstanbul, 20 yanvar, AZƏRTAC

Almaniyanın paytaxtı Berlində Liviyada gedən proseslərlə bağlı beynəlxalq konfransda tərəflərin birgə “Liviya Konfransı Bəyanatı” qəbul olunub.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bəyanatda ölkədəki bütün hərbi hərəkətlərin dayandırılması, münaqişə tərəflərinə birbaşa köməklik edilməsi istiqamətində çağırış səslənib. Bəyanatda Berlin sammitindən sonra koordinasiyanı davam etdirmək üçün Beynəlxalq Monitorinq Komitəsinin yaradıldığı bildirilir. Konfransda iştirak edən bütün tərəflərin və beynəlxalq təşkilatların da daxil olacağı komitənin BMT-nin rəhbərliyi altında koordinasiyanı təmin edəcəyi qeyd olunur.

Xatırladaq ki, BMT-nin Liviya məsələsindəki cəhdlərinə dəstək vermək məqsədilə keçirdiyi konfransda atəşkəsin əldə edilməsi, tərəflər arasında qarşılıqlı inamın bərpası, Liviyanın ərazi bütövlüyü çərçivəsində sülhün bərpası üçün görüşlər keçirilib.

Konfransda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Böyük Britaniyanın Baş Naziri Boris Conson, Fransa Prezidenti Emmanuel Makron və digər ölkələrin dövlət başçıları iştirak ediblər.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.