DÜNYA


Liviyada iğtişaşlar başlayıb VİDEO

Qahirə, 2 iyul, AZƏRTAC

Liviyanın şərqindəki Benqazi əyalətində ümumxalq seçkilərinin keçirilməsini tələb edən və elektrik enerjisinin verilməsində fasilələrə etiraz edən iğtişaşçı kütlə Tobrukdakı parlament binasına hücum edib. Paytaxt Tripolinin Əl-Şuhada meydanında isə nümayişlər keçirilir.

AZƏRTAC rəsmi LANA agentliyinə istinadla xəbər verir ki, parlament binasını yandıran iğtişaşçılar “Neft ölkəsiyik, elektrik kəsintisi istəmirik”, “Fövqəladə hal elan edilsin”, “Təcili seçkilər keçirilsin” şüarları səsləndiriblər. Onlar, həmçinin çörəyin qiymətinin bahalaşmasına, Liviyada hələ də xarici qoşun kontingentinin qalmasına etirazlarını bildiriblər.

Liviyada ikihakimiyyətlilik və davam edən daxili çəkişmələr sosial-iqtisadi böhranı fəlakət həddinə çatdırıb. Belə ki, ölkənin iki böyük limanının bağlanması nəticəsində Əs-Sidər və Rəs Nauf terminallarından neft ixracı kəskin azalıb. Münaqişə tərəflərinin BMT-nin Liviya üzrə nümayəndəsinin iştirakı ilə bu yaxınlarda Qahirədə keçirilən görüşdə də kompromis əldə olunmayıb, hələ ötən ilin dekabrında keçirilməli olan ümumxalq seçkilərinin tarixini müəyyən etmək mümkün olmayıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.