DÜNYA


Liviyada neft hasilatı rekord səviyyədə artıb

Qahirə, 18 avqust, AZƏRTAC

Liviyanın gündəlik xam neft hasilatı 1milyon 211 min barelə çatıb. Bu, vətəndaş müharibəsindən sonra qeydə alınan ən yüksək göstəricidir.

AZƏRTAC rəsmi LANA agentliyinə istinadla xəbər verir ki, Liviya Milli Neft Korporasiyasının yeni sədri Fərhat bin Qədərə keçici hökumətin Baş naziri Əbdülhəmid Dbeibəhin iştirakı ilə keçirilən müşavirədə hasilatın daha da artırılmasına dair beşillik planı açıqlayıb. O, yaxın gələcəkdə gündəlik hasilatı 2 milyon barelə çatdırmağın real olduğunu bildirib.

BMT və Qərb ölkələrinin səfirləri Liviyada neft və qaz hasilatının artırılmasını alqışlamaqla yanaşı, daxili sabitliyin qorunması və yeni münaqişələrin qarşısının alınması üçün seçkilərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Ekspertlər qeyd edirlər ki, bu ölkədəki müvəqqəti sabitlik çox kövrəkdir və hazırda davam edən ikihakimiyyətlilik hər an yeni münaqişələrə səbəb ola bilər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.