DÜNYA


Liviyada silahlı qruplaşmalar arasında atəşkəs pozulub

Qahirə, 4 sentyabr, AZƏRTAC

Liviyanın paytaxtı Tripolinin cənubunda şərq və qərb qüvvələrinə aid silahlı qruplaşmalar arasında bir il əvvəl elan edilmiş atəşkəs pozulub.

AZƏRTAC xəbər verir ki, Liviya paytaxtının Səlahəddin rayonunda orta və kiçik kalibrli silahlardan istifadə olunmaqla bir neçə saat davam edən atışmalar baş verib. İnsident nəticəsində həlak olanların və yaralıların sayı açıqlanmır.

Liviya Prezident Şurasının rəhbəri Məhəmməd Menfi ordunun baş qərargah rəisinə və baş prokurora silahlı qruplaşmaların atəşkəsi pozmasının araşdırılması barədə göstəriş verib.

Bu ilin dekabrında Liviyada keçiriləcək ümumxalq seçkiləri ərəfəsində ölkədə vəziyyətin gərginləşməsini istəyən qüvvələrin fəallaşdığı bildirilir. Ötən həftə keçirilmiş Liviyaya qonşu ölkələrin xarici işlər nazirlərinin konfransında da bununla bağlı narahatlıq ifadə edilib. Liviyanın xarici işlər naziri Nəcla Əl-Manquş bildirib ki, atəşkəsin və daxili sabitliyin pozulması seçkilərin təxirə salınmasına səbəb ola bilər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.