Liviyada yanacaq tankerinin yanması nəticəsində azı 9 nəfər ölüb VİDEO
AzerTAg.az
Qahirə, 2 avqust, AZƏRTAC
Liviyanın cənubundakı Bent Bayya vilayətində dizel yanacağı daşıyan tankerin yanması nəticəsində azı 9 nəfərin yanaraq öldüyü bildirilir.
AZƏRTAC “Arabnews” qəzetinə istinadla xəbər verir ki, insident zamanı yanıq xəsarətləri almış 74 nəfər xəstəxanaya çatdırılıb.
Liviya polisinin məlumatına görə, yanacaq tankeri əhalinin sıx olduğu yerdə aşaraq alovlanıb.
Vilayətdə yanacaqdoldurma məntəqələrinin az olması səbəbindən sakinlər dizel yanacağını birbaşa tankerdən alırdılar. Ölü və yaralı sayının çox olması da bununla izah edilir.
Vətəndaş müharibəsinin başlandığı 2014-cü ildən bəri Liviyanın bir çox şəhər və qəsəbələri yanacaq çatışmazlığı ilə üz-üzə qalıb. Zəngin neft ehtiyatlarına malik olan bu ölkədə hasilat və neft emalı zavodunun da fəaliyyəti uzun müddət dayandırılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Xəbərin mətnində orfoqrafik səhv var