DÜNYA


Liviyadakı poliqondan 2,5 ton uran yoxa çıxıb

Liviyadakı poliqondan 2,5 ton uran yoxa çıxıb

Bakı, 16 mart, AZƏRTAC

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişləri Liviya hökumətinin nəzarət etmədiyi poliqondan 2,5 ton uranın yoxa çıxdığını bildirib.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, itki martın 14-də aparılan yoxlamalar zamanı üzə çıxıb. Təxminən 2,5 ton təbii uranın saxlanıldığı 10 çəlləyin yerində olmadığı barədə bütün üzv ölkələr məlumatlandırıb.

BAEA bununla bağlı araşdırma aparmaq niyyətindədir. Agentlikdə hesab edirlər ki, radioaktiv materialların yerləşdiyi yer barədə informasiyanın itirilməsi şüalanma riski və nüvə təhlükəsizliyinə təhdid yarada bilər.

Liviyadakı poliqonda təftiş işlərinin ötən il keçirilməsi planlaşdırılsa da, regionda təhlükəsizliklə bağlı vəziyyət səbəbindən təxirə salınmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.