DÜNYA


Liviyanın gündəlik neft istehsalı 1 milyon barrelə yüksələcək

Bakı, 26 oktyabr, AZƏRTAC

Liviyada sutkalıq xam neft hasilatı 1 milyon barrelə çatacaq.

AZƏRTAC xəbər verir ki, Liviyanın Milli Neft Korporasiyası ölkədə neft limanlarının yenidən fəaliyyətə başlaması ilə qarşıdakı 4 həftə ərzində gündəlik neft istehsalının 1 milyon barreldən çox olacağını açıqlayıb. Korporasiya Liviyanın ən böyük ixrac terminalı olan “Es Sider”in şərq limanlarında və “Ras Lanuf”dakı fors-major vəziyyətin ləğv edildiyini bildirib.

Məlumata görə, ölkədə uzun müddətdir davam edən vətəndaş müharibəsində iştirak edən xarici döyüşçülərin bölgəni tərk etməsi ilə aylardır dayandırılan istehsal əməliyyatları yenidən təhlükəsiz şəraitdə başlayıb.

“Ras Lanufu” neftlə təmin edən və istehsal gücü gündəlik təxminən 90 min barrel olan “Al Nafoura” və “Amal” yataqlarından hasilat artıq başlayıb.

Atəşkəsdən sonra Liviyada neft hasilatının sürətli şəkildə artması və koronavirusa yoluxma sayının çoxalması enerji tələbatına mənfi təsir göstərir və xam neft qiymətlərinin aşağı istiqamətli dəyişməsinə səbəb olur.

Xatırladaq ki, keçən həftələrdə Liviyanın Milli Neft Korporasiyası ölkənin qərbindəki “Sharara” neft yatağında fors-major vəziyyəti aradan qaldıraraq hasilatın bərpasını tapşırıb. Bildirilir ki, general Xəlifə Haftarın tabeliyindəki “Neft Obyektləri Mühafizəçiləri” adlı silahlı qruplaşma ilə əldə olunan razılaşmadan sonra yataqdakı fors-major vəziyyət ləğv edilib.

“Sharara” neft yatağında iyun ayında fors-major vəziyyət aradan qaldırılmış və yenidən hasilata başlandığı elan edilmişdi. Lakin Haftarın tabeliyindəki milislərin yaratdığı maneələr səbəbindən istehsal qısa müddətdən sonra dayandırılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.