DÜNYA
Liviyanın sahil sularında 17 qanunsuz miqrantın cəsədləri tapılıb
Qahirə, 8 oktyabr, AZƏRTAC
Liviyanın sahil sularında Afrikadan Avropa ölkələrinə yollanan 17 qanunsuz miqrantın cəsədləri tapılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Liviya Qırmızı Aypara Cəmiyyəti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, cəsədlər Liviyanın qərbindəki Zaviyə qəsəbəsinin yaxınlığında aşkarlanıb və dəfn edilməsi üçün aidiyyəti qurumlara təhvil verilib. Hazırda dənizdə axtarış işləri davam etdirilir.
BMT-nin miqrasiya agentliyinin məlumatına görə, təkcə bu il qayıqlarla Aralıq dənizi vasitəsilə Avropaya yollanan 1100 qanunsuz miqrantın cəsədləri tapılıb. Bir həftə əvvəl isə Liviyanın hüquq-mühafizə orqanları 2 mindən artıq afrikalı miqrantın Avropaya getməsinin qarşısını alıb və onları xüsusi düşərgəyə yerləşdirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [14:41]
Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb
- 18.04.2024 [14:13]
Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək
- 18.04.2024 [13:49]
Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır
- 18.04.2024 [13:44]
Britaniyalı deputat haqqında araşdırma başlayıb
- 18.04.2024 [13:39]
Fransada insan hüquqları açıq şəkildə tapdalanır
- 18.04.2024 [13:16]
“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb
- 18.04.2024 [12:52]
Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir
- 18.04.2024 [12:43]