DÜNYA
Liviyanın sutkalıq neft hasilatı 500 min barrelə çatıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Liviyada gündəlik xam neft istehsalı 500 min barrelə yüksəlib.
AZƏRTAC xəbər verir ki, ötən həftə Liviyanın ən böyük neft yatağı olan “Sharara”da hasilat bərpa olunub və Ras Lanuf limanına xam neftin nəqlinə başlanılıb. İstehsalın yaxın vaxtlarda tam gücünə çatması gözlənilir.
Xatırladaq ki, keçən həftə Liviyanın Milli Neft Korporasiyası ölkənin qərbindəki “Sharara” neft yatağında fors-major vəziyyəti aradan qaldıraraq hasilatın bərpasını tapşırıb. Bildirilir ki, General Xəlifə Haftarın tabeliyindəki “Neft Obyektləri Mühafizəçiləri” adlı silahlı qruplaşma ilə əldə olunan razılaşmadan sonra yataqdakı fors-major vəziyyət ləğv edilib.
Qeyd edək ki, “Sharara” neft yatağında iyun ayında fors-major vəziyyət aradan qaldırılmış və yenidən hasilata başlandığı elan edilmişdi. Lakin Haftara tabe milislərin yaratdığı maneələr səbəbindən istehsal qısa müddətdən sonra dayandırılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]