ELM VƏ TƏHSİL


Logistika və təchizat zənciri sahəsi üzrə proqramlara əsaslanan təlimlərə start verilib

Bakı, 12 may, AZƏRTAC

Təhsil İnstitutu Azərbaycan Texniki Universitetinin logistika və nəqliyyat üzrə “SABAH Magistratura” proqramı çərçivəsində müəllimlərin tədris prosesində tətbiq edə biləcəkləri logistika və təchizat zənciri sahəsi üzrə proqramlara əsaslanan təlimlərə start verib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimlərdə spiker qismində “Amazon” şirkətinin Avropa İttifaqı üzrə mərkəzində simulyasiya üzrə data mühəndisi vəzifəsində çalışan Yaşar Əhmədov çıxış edir. Təlimlərdən Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi, Nəqliyyat texnikası və idarəetmə texnologiyaları, Beynəlxalq ticarət, logistika və marketinq, “Mühəndis riyaziyyatı və süni intellekt və s. kafedralarının əməkdaşlarının faydalanması nəzərdə tutulub. Təlimlər 8 həftə davam edəcək.

Sonda təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.