CƏMİYYƏT


Lökbatan qəsəbəsində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Teymur Rəsulov və Saməddin Fərziyevin il mərasimi keçirilib.

YAP mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, anım mərasimində YAP Qaradağ rayon təşkilatının, Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri və məsul əməkdaşları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri, qazilər iştirak ediblər.

Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıblar.

Mərasimdə şəhidlərin yaxınları onların xatirəsinə göstərilən hörmət və ehtirama görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra rayonun rəhbər şəxsləri Lökbatan və Sahil qəsəbələrində təşkil olunan şəhidlərin il mərasiminə qatılıblar.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.