İQTİSADİYYAT
Lökbatan qəsəbəsində abad məhəllə yaradılmışdır
Bakı, 10 yanvar (AZƏRTAC). Qaradağ rayonunun daxili imkanları hesabına qəsəbələrdə aparılan quruculuq və abadlıq işlərinin miqyası genişlənmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Lökbatan qəsəbəsinin 1594-cü keçidində abad məhəllə yaradılmışdır. “Abad Məhəllə” layihəsi çərçivəsində binaların fasadlarına xüsusi boyalar çəkilmiş, giriş qapıları dəyişdirilmiş, iki hektar ərazi abadlaşdırılaraq əhalinin istirahəti üçün kölgəliklər və oturacaqlar qoyulmuşdur.
Məhəllədə uşaqlar üçün əyləncə meydançası yaradılmış, geniş yaşıllaşdırma işləri aparılmış və 161,3 kvadratmetr sahəsi olan, bütün lazımi avadanlıqla təchiz olunmuş müasir tipli “xeyir-şər binası” inşa edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]