CƏMİYYƏT
Lökbatan qəsəbəsində şirkətdən 90 min manatlıq oğurluq edən şəxslər yaxalanıblar
Bakı, 6 may, AZƏRTAC
Lökbatan qəsəbəsində şirkətdən 90 min manatlıq oğurluq edən şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 28-də Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən MMC-yə məxsus 90 min 220 manat dəyərində 675 metr uzunluğunda naqili, altı birləşdiricini və elektrik lövhəsinin hissələrini oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri A.Həşimov, E.Vəliyev, N.Atayev və S.Hümmətov Baş Cinayət Axtarışı İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.