Lökbatan qəsəbəsindəki həyətdən oğurluq edən şəxslər saxlanılıblar
AzerTAg.az
Bakı, 10 may, AZƏRTAC
Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə mayın 7-nə keçən gecə Lökbatan qəsəbəsindəki həyətlərin birindən 500 manat dəyərində samovarın oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri Orxan Tağıyev və Elxan Qasımov saxlanılıblar. Onlarla bağlı aparılan tədbirlərlə həmin şəxslərin mayın 8-nə keçən gecə qəsəbədəki digər bir evin zirzəmisindən 955 manat dəyərində təmir-tikinti alətləri oğurlamaları da müəyyən olunub.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Xəbərin mətnində orfoqrafik səhv var