CƏMİYYƏT


Lökbatanda püskürən vulkan Qobu, Nardaran, Qala, Qobustan, Şirvan və Qusar seysmik stansiyalarında qeydə alınıb

Bakı, 11 avqust, AZƏRTAC

Lökbatanda püskürən vulkan Qobu, Nardaran, Qala, Qobustan, Şirvan və Qusar seysmik stansiyalarında qeydə alınıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Xatırladaq ki, avqustun 11-də yerli vaxtla 09:36-da Lökbatanda palçıq vulkanı püskürüb. Palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5 dəqiqə 12 saniyə, püskürmə zamanı ayrılan seysmik enerjisi Е=0.6×107 təyin olunub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.