CƏMİYYƏT


Lökbatanda ticarət mərkəzində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Lökbatanda ticarət mərkəzində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 23 mart, AZƏRTAC

Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən martın 21-də saat 22 radələrində Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 1000 manat dəyərində geyim əşyalarını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Fərrux Qəribov saxlanılıb və 10-cu Polis Bölməsinə təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.