İQTİSADİYYAT
London-İslamabad istiqamətində uçan təyyarə Bakıya enməli olub
Bakı, 27 dekabr, AZƏRTAC
Dekabrın 27-də “British Airways” aviaşirkətinin London-İslamabad istiqaməti üzrə uçuş həyata keçirən “Boeing B787-8 Dreamliner” təyyarəsinin kapitanı İslamabadda güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.
Aeroportdan AZƏRTAC-a bildirilib ki, yerli vaxtla 09:11-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib. Uçuş müddətinin uzunluğu və aviaşirkətin qaydalarına görə, uçuş heyəti Bakıdan yola düşməzdən əvvəl istirahət etməlidir. Hazırda reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun tranzit zonasında yerləşdiriliblər.
Təyyarə yola düşənə qədər reysin sərnişinləri viza ala və hava limanının otelində istirahət etmək, yaxud şəhəri gəzmək üçün aeroportun ərazisini tərk edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]