ELM VƏ TƏHSİL


London Müasir İncəsənət Qalereyası yeni formatlı interaktiv sərgi açıb

Bakı, 24 noyabr, AZƏRTAC

London Müasir İncəsənət Qalereyası “HTC” şirkəti ilə birgə yeni formatlı interaktiv sərgi təşkil edib. Sərgi ötən əsrin əvvəllərində Parisdə yaşayıb-yaratmış italiyalı rəssam Amedeo Modilyaninin yaradıcılığına həsr olunub. Ziyarətçilər ekspressionistin rəssam atelyesini virtual reallıqda görmək imkanı əldə edəcəklər.

AZƏRTAC “enciklopediya-tehniki.ru” saytına istinadla xəbər verir ki, layihə “HTC” şirkətinin yaradıcılıq və onun qavranılması üsullarını dəyişdirmək üçün nəzərdə tutulmuş “Vive Arts program” adlı geniş proqramının bir hissəsidir. Ziyarətçilər “Vivo” qarniturunun köməyi ilə rəssamın yaşayıb-yaratdığı dünyanı həm görə, həm də ona “toxuna” biləcəklər.

Rəqəmsallaşdırma zamanı o dövrün real predmetlərindən və sənədli şəkillərdən istifadə olunub. Sərgi növbəti ilin yazınadək davam edəcək, virtual tur isə bir müddət sonra “Vivo” qarniturları üçün mağazada əlyetərli olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.