DÜNYA


London Rusiyanın üç aviakompaniyasına qarşı sanksiya tətbiq edib

Bakı, 19 may, AZƏRTAC

London Rusiyanın “Aeroflot”, “Rossiya” və “Uralskiye avialinii” aviakompaniyalarını sanksiya siyahısına daxil edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniya hökumətinin saytında yerləşdirilən məlumata görə, Rusiya aviakompaniyalarına qarşı tətbiq olunan tədbirlər onların aktivlərinin dondurulmasını nəzərdə tutur.

“Aeroflot” ASC Rusiyanın ən böyük aviakompaniyasıdır. Kompaniya strateji əhəmiyyətli nəqliyyat sahəsində fəaliyyət göstərməklə Rusiya hökumətindən faydalanır və ona dəstək verir. O, dövlətə məxsus olduğu üçün Rusiya hökumətinə bağlı hüquqi şəxs kimi fəaliyyət göstərir”, - deyə Böyük Britaniya hakimiyyətinin qərarında bildirilir.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı analoqu olmayan sanksiyalar tətbiq edib, Ukraynaya isə hərbi və humanitar yardımı artırıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.