İDMAN
London derbisində “Tottenhem” klubu “Arsenal”dan güclü olub
Bakı, 12 iyul, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasının 35-ci turunun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi görüşündə iki London təmsilçisi - “Tottenhem” və “Arsenal” komandaları üz-üzə gəlib.
“Tottenham Hotspur” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Arsenal” matçın 16-ci dəqiqəsində oyunda hesabı açıb. Aleksander Lakazett uzaq məsafədən baxımlı qola imza atıb. Qoldan üç dəqiqə sonra “Tottenhem” hesaba tarazlıq gətirib. Son Xın-Min fərqlənib.
Fasilədən sonra hücumlarını artıran “Tottenhem” hesabda önə çıxıb. Tobi Alderveirel adını tabloya yazdırıb.
Bu qələbədən sonra xal ehtiyatını 52-ə çatdıran “Tottenhem” turnir cədvəlində 8-ci, “Arsenal” isə 50 xalla 9-cu yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]
Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub
- 24.04.2024 [11:08]
“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik
- 24.04.2024 [10:40]