MƏDƏNİYYƏT


London dərgisi “Azərbaycan hekayələri”ndən yazdı

Bakı, 28 iyun, AZƏRTAC

Böyük Britaniyanın “EU today” jurnalı (https:///news/culture/2018/short-stories-from-azerbaijan-in-one-volume) Azərbaycan Tərcümə Mərkəzinin beynəlxalq nəşr layihələri, həmçinin yaxın günlərdə Londonun Britaniya Kitabxanasında təqdimatı keçirilmiş “Azərbaycan hekayələri” kitabı ilə bağlı məqalə yerləşdirib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Tərcümə Mərkəzi və “Hertfordshire Press” nəşriyyatı tərəfindən ərsəyə gətirilmiş 28 hekayədən ibarət “Azərbaycan hekayələri” antologiyasının təqdimat mərasiminin möhtəşəm ədəbiyyat tədbirlərinə ev sahibliyi edən Britaniya Kitabxanasında baş tutması vurğulanır. Məqalədə yazılıb: “Əsərləri antologiyaya daxil edilmiş müəlliflərin bir çoxu ingilis oxucusuna tanış olmasa da, kitab böyük maraqla qarşılanıb. Tanımadığın müəllifin əsərini aşkar etmək hər zaman insana böyük zövq verir. Bu antologiya isə bizə bu cür 28 gözəl fürsət bəxş edir. İngilis oxucusu hər zaman hekayə janrına üstünlük verib. Dikkens, Morrison, Konan-Doyl, Herbert Corc Uells kimi dahilər də məhz bu kütləvi oxucu marağı səbəbindən çox vaxt hekayə janrına üz tutublar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.