DÜNYA


London metrosunda insident: vaqonların birində mobil telefonun enerji qurğusu alışıb

Bakı, 26 sentyabr, AZƏRTAC

İlkin məlumata əsasən, London metrosunun Tower Hill stansiyasında qatar vaqonunda kiçik partlayışa mobil telefonun enerji qurğusunun qızaraq alışması səbəb olub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Britaniya nəqliyyat polisinin Twitter səhifəsində yerləşdirilib.

İnsident nəticəsində bir nəfərin yüngül xəsarət aldığı bildirilir.

Xatırladaq ki, sentyabrın 26-da London metrosunda baş verən partlayış sərnişinlər arasında təşviş doğurub və insanlar stansiyadan təxliyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.