SİYASƏT


Londonda Azərbaycan diasporunun üzvləri Gəncə terroruna etiraz məqsədilə avtoyürüş təşkil ediblər

Bakı, 18 oktyabr, AZƏRTAC 

Böyük Britaniyadakı Azərbaycan diasporunun üzvləri 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə London şəhərində avtoyürüş təşkil ediblər.

AZƏRTAC xəbər verir ki, yürüş iştirakçıları işğalçı Ermənistan ordusunun cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncəni yenidən raket atəşinə tutması nəticəsində mülki şəxslərin, ö cümlədən qadınların və azyaşlı uşaqların həlak olmasına, mülki obyektlərin dağıdılmasına etirazlarını ifadə ediblər.

Üzərində üçrəngli Azərbaycan bayrağı olan avtomobillərdə hərəkət edən yürüş iştirakçıları ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonların, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinin mülki əhalisinin ağır artilleriyadan atəşə tutulmasına yönəldiblər. 50 avtomobildən ibarət olan avtoyürüş Londondakı Trent Park yaxınlığından start götürüb, Standon adlanan ərazidə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.