Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Londonda Böyük Britaniya-Azərbaycan yüksək texnologiyalar forumu keçirilmişdir VİDEO

London, 25 iyun (AZƏRTAC). Londonda Böyük Britaniya-Azərbaycan yüksək texnologiyalar forumu keçirilmişdir.

Forumda dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, hər iki ölkənin 30-dan çox şirkətinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov forumda çıxış edərək ölkəmizin yaxın gələcək üçün inkişaf strategiyasının əsas istiqamətləri haqqında məlumat vermiş, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hazırlanan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının mahiyyətindən bəhs etmişdir. Bildirilmişdir ki, ölkədə ümumi daxili məhsul istehsalının həcminin artırılması, qeyri-neft sektorunun, turizm, sənaye, kənd təsərrüfatı və başqa sahələrin inkişafı Konsepsiyada nəzərə alınan əsas məsələlərdəndir. Həmçinin Konsepsiyada iqtisadiyyatın şaxələndirilməsi baxımımdan informasiya-kommunikasiya texnologiyalarına, xüsusən yüksək texnologiyalar sahəsinə geniş yer ayrıldığını deyən nazir liberal bazar iqtisadiyyatının təmin olunması istiqamətində hökumətin atdığı addımlardan, o cümlədən yaradılan azad, əlverişli biznes mühiti, xarici investorların cəlb edilməsi üçün imkanların genişləndirilməsindən söz açmışdır. Hökumət sektoru ilə yanaşı, qeyri-hökumət sektorunun da inkişafının vacib amillərdən olduğu qeyd edilmişdir.

Neft və qaz sahəsindən əldə edilən gəlirlərdən iqtisadiyyatın şaxələndirilməsi üçün məqsədyönlü şəkildə istifadə edildiyini deyən nazir, informasiya-kommunikasiya texnologiyalarının prioritet sahələrdən olduğunu bildirmişdir.

Azərbaycanda nüvə və radioaktiv element resurslarının da olduğunu deyən Ə.Abbasov, ölkəmizin bu ehtiyatlardan sülh məqsədləri ilə istifadə etmək niyyətində olduğunu vurğulamışdır.

Nazir, həmçinin Azərbaycanda biznes mühitinin inkişafı, həyata keçirilən və keçirilməsi planlaşdırılan layihələr haqqında danışmış, “Ağıllı şəhər”, “Ağ şəhər” layihələrini nümunə göstərmişdir. Azərbaycana investisiya yatırmaq istəyən sərmayədarlar üçün hökumət tərəfindən geniş imkanlar yaradıldığı diqqətə çatdırılmışdır.

Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə səfiri Çarlz Hendri forumun əhəmiyyətini vurğulamış, Azərbaycan ilə Britaniya arasında texnologiya sahəsində əməkdaşlığın müzakirə edilməsi baxımından vacib olduğunu diqqətə çatdırmışdır. Britaniya-Azərbaycan münasibətlərinə toxunan Ç.Hendri xüsusən neft və qaz sahəsində əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini bildirmişdir. İyunun əvvəllərində Prezident İlham Əliyev ilə görüşü haqqında məlumat verən səfir, Azərbaycan dövlətinin başçısının neft və qaz sahəsi ilə yanaşı, qeyri-energetika, İKT, təhsil və digər sahələrdə əlaqələrimizin möhkəmləndirilməsini dəstəklədiyini vurğulamışdır.

Ölkəmizin regionlarında texnologiya sektorunun inkişafından bəhs edən Ç.Hendri Azərbaycana səfəri zamanı Qəbələdə kənd təsərrüfatı və istehsal sahələrində istifadə edilən texnoloji yeniliklərdən bəhs etmişdir. Paytaxt Bakı ilə yanaşı, Azərbaycanın regionlarında da investisiya üçün güclü potensialın olduğunu diqqətə çatdıran səfir, Britaniya da daxil olmaqla xarici şirkətləri bu imkanlardan faydalanmağa çağırmışdır.

Ç.Hendri Azərbaycan ilə Birləşmiş Krallıq arasında bütün sahələrdəki əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Birləşmiş Krallıq ilə Azərbaycan arasındakı münasibətlərdən bəhs etmiş, hazırda ikitərəfli əlaqələrin inkişafının yüksək səviyyədə olduğunu vurğulamışdır. Ölkələrimiz arasındakı münasibətlərin əsasını enerji sahəsində əməkdaşlıq təşkil etməsinə baxmayaraq, son illərdə digər sahələr, həmçinin İKT sektorunda ikitərəfli əlaqələrin genişlənməsinin və inkişaf səviyyəsinin təqdirəlayiq olduğu diqqətə çatdırılmışdır. Əməkdaşlığın inkişafında Azərbaycanın bu sahələrdə əldə etdiyi nailiyyətlərin böyük rolu olduğu bildirilmişdir. İKT sektorunun müasir və qloballaşan dünya üçün vacib sahə olduğunu deyən səfir, forumun əhəmiyyətini vurğulamış, tədbirin təşkilatçılarına minnətdarlığını ifadə etmişdir.

Daha sonra forumda yerli və xarici şirkətlərin rəhbərləri təqdimatla çıxış edərək təmsil etdikləri qurumların fəaliyyəti haqqında ətraflı məlumat vermişlər. Təqdimatlarda qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanları və perspektiv vəzifələr müzakirə olunmuşdur.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

Londonda Böyük Britaniya-Azərbaycan yüksək texnologiyalar forumu keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub VİDEO

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir