DÜNYA


Londonda G-7 ölkələrinin XİN başçılarının görüşü başlayıb

Tehran, 3 may, AZƏRTAC

Mayın 3-də Londonda G-7 ölkələrinin xarici işlər nazirlərinin görüşü başlayıb. Mayın 5-dək davam edəcək görüşdə müzakirə olunacaq əsas məsələlərə İranın nüvə proqramı da daxildir.

AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab bildirib.

O qeyd edib ki, iclasa Böyük Britaniya, ABŞ, Yaponiya, Almaniya, Fransa, Kanada və İtaliyanın xarici işlər nazirləri qatılacaqlar. Hindistan, Avstraliya, Cənubi Koreya və Cənubi Afrika Respublikasının xarici işlər nazirləri isə görüşdə qonaq qismində iştirak edəcəklər.

Tədbirdə İranın nüvə proqramı ilə yanaşı, COVID-19 qarşı mübarizə və digər qlobal problemlər müzakirə olunacaq.

Qeyd edək ki, Rusiya və Çin bu görüşə dəvət almayıb.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.