DÜNYA


Londonda İqlim dəyişikliyi ilə əlaqədar mitinq keçirilib

London, 15 aprel, AZƏRTAC

Bu gün Londonda iqlim dəyişikliyi ilə əlaqədar mitinq keçirilib.

Etirazçılar hökumətdən iqlim dəyişikliyinin qarşısını almaq üçün təcili tədbirlər görməyi tələb ediblər. Onlar mitinqin həftə içi davam edəcəyini açıqlayıblar.

Mitinq Londonun mərkəzi hissəsində nəqliyyatın hərəkətinə maneə törədib.

Qeyd edək ki, keçən il noyabr ayında iqlim dəyişikliyi ilə əlaqədar Londonda keçirilən mitinqdə 85 nəfər həbs edilmişdi.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.