DÜNYA


Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub

London, 16 fevral, AZƏRTAC

Filosof, iqtisadçı və sosialist inqilabı nəzəriyyəsinin banisi Karl Marksın Londonun Highgate qəbiristanlığındakı məzarına növbəti dəfə vandal hücumu olub. Bu dəfə məzarın üzərinə "Nifrət doktrinası" və "Soyqırımı mütəxəssisi" sözləri yazılıb.

Qeyd edək ki, Marksın məzarına bir neçə dəfə belə hücumlar olub. Onlardan ən pisi 1970-ci ildə məzarın yaxınlığına bomba yerləşdirilməsi ilə bağlı insidentdir.

Məzara sonuncu dəfə bu il fevralın 4-də hücum edilmişdi.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.