DÜNYA
Londonda Karl Marksın məzarına vandal hücumu olub
Bakı, 5 fevral, AZƏRTAC
Filosof, iqtisadçı və sosialist inqilabı nəzəriyyəsinin banisi Karl Marksın Londonun Highgate qəbiristanlığındakı məzarına vandal hücumu olub.
AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, vandallar Marksın məzarı üzərindəki başdaşını çəkiclə qırıb, həmçinin onun üzərindəki yazıları siliblər. Qəbiristanlıq müdiriyyətindən bildiriblər ki, məzarın başdaşını bərpa etmək çətindir və yaxın aylarda bu mümkün olmayacaq.
Highgate qəbiristanlığının idarəçisi İan Dangevel deyib ki, Marksın məzarına bir neçə dəfə bu cür hücumlar olub. Onlardan ən pisi 1970-ci ildə məzarın yaxınlığına bomba yerləşdirilməsi ilə bağlı insidentdir. “Son illərdə də başdaşının üzərindən Marksın başı olan heykəlin qoparılması və onun rənglənməsi cəhdləri göstərilib. Son insident daha məyusedicidir. Çünki məzarın üzərindəki ağ mərmər lövhə oğurlanıb. Bu əməlləri törədənlər çox sərsəm adamlardır”, -deyə Dangevel əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]