Londonda “Kaspi-Xəzri” Azərbaycan məktəbi açılacaqdır
AzerTAg.az
London, 10 oktyabr (AZƏRTAC). Londonda “Caspi-Xəzri” şənbə günü məktəbinin açılışı olacaqdır.
2011-2012-ci dərs ili ərzində məktəb 5-15 yaşlı uşaqlara, habelə böyüklərə Azərbaycan dili, ədəbiyyatı, tarixi fənlərindən dərslər, Azərbaycan mədəniyyəti və incəsənəti haqqında mühazirələr təqdim edəcəkdir. Bundan əlavə, Azərbaycan yazıçılarının əsərləri əsasında səhnəciklər hazırlanacaqdır. Dərslər hər şənbə günü saat 10:30-dan 13:30-dək davam edəcəkdir. Dərs ili noyabrın 5-də başlanacaqdır.
Məktəb “Caspi-Xəzri” Cəmiyyətinin nəzdində fəaliyyət göstərir. Avropa-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə 2006-cı ildə yaradılmış “Caspi-Xəzri” Cəmiyyəti Londonda yaşayan azərbaycanlı uşaqlar üçün hər il bazar günü məktəbləri təşkil edir. Bu məktəblər Azərbaycanın zəngin dilinin, mədəniyyətinin və incəsənətinin təbliği mərkəzlərinə çevrilir.
Xəbərin mətnində orfoqrafik səhv var