MƏDƏNİYYƏT


Londonda Zurab Seretelinin yaradıcılığına həsr olunmuş sərgi açılıb

Bakı, 23 yanvar, AZƏRTAC

Böyük Britaniyanın paytaxtında Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq rəssamı, tanınmış heykəltəraş Zurab Seretelinin yaradıcılığına həsr edilmiş sərgi açılıb. Londonda yerləşən “Saatchi Gallery”nin bir neçə zalında rəssamın 100-dək rəsm, heykəltəraşlıq əsərləri təqdim edilir.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Həyatdan da artıq” adlanan ilk böyük retrospektiv sərgi Seretelinin 85 illik yubileyinə həsr edilib. Ekspozisiyada rəssamın yaradıcılıq karyerasının məcmusu, o cümlədən onun Mark Şaqal, Pablo Pikasso və Robert Rauşenberq kimi rəssamlarla çoxdankı görüşlərinin təsiri altında yaradılan əsərlər nümayiş etdirilir. Sərgi ziyarətçilərinin, həmçinin Z.Seretelinin həyatına həsr edilmiş arxiv videolarını izləmək imkanı da olacaq.

“Saatchi Gallery”də sərgi fevralın 17-dək davam edəcək. Müəllifin yubileyinə həsr edilən fərdi sərgilərin bu il Bakı, Paris və Lixtenşteyndə də keçiriləcəyi planlaşdırılıb.

1934-cü ildə Tbilisidə doğulan Z.Sereteli 1958-ci ildə Tbilisi Rəssamlıq Akademiyasını bitirib. O, tunc, daş, şüşə, ağac, mozaika ilə işləməyi öyrənərək 1960-cı illərdən başlayaraq iri sifarişlər qəbul etməyə başlayır. Z.Seretelinin əl işləri əvvəlcə SSRİ-də, daha sonra xaricdə - London, Paris, Roma, Nyu-York, Tokioda yayılıb.

1995-ci ildə Moskva muzeyini yaradan Sereteli 1997-ci ildə Rusiya Rəssamlıq Akademiyasının prezidenti seçilib. 2001-ci ildə Moskvada Rusiya Rəssamlıq Akademiyasının bir hissəsi olan Zurab Sereteli İncəsənət Qalereyası açılıb. 2012-ci ildə isə rəssam Tbilisidə Müasir İncəsənət Muzeyini yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.