MƏDƏNİYYƏT
Londonda azərbaycanlı rəssamların sərgisi açılıb
London, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Londondakı səfirliyində incəsənət sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Kaspi Müasir İncəsənət Qalereyası və Birləşmiş Krallıqda Azərbaycanlı Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşan sərginin açılış mərasimində xarici qonaqlar və Londonda fəaliyyət göstərən səfirliklərin nümayəndələri iştirak ediblər.
Qadınlar Assosiasiyasının qurucusu və fəxri prezidenti Ülviyyə Tağızadə əsərlər haqqında məlumat verib. Bildirib ki, sərgidə 5 müasir rəssamın əsərləri yer alıb. Onlardan 4-ü Azərbaycan, 1-i isə Özbəkistan rəssamıdır. Bu rəssamlar yaradıcılıq üslubu baxımından bir-birindən fərqlənsələr də, onların təmsil etdikləri region adət və ənənələri, rəng və emosiyaları birləşdirir.
Sərginin məqsədi təkcə incəsənət əsərlərini nümayiş etdirmək deyil, eyni zamanda, rəssamları, onların həyat və yaradıcılıqlarını diqqət mərkəzinə çəkməkdir. Sərginin əsas ideyası təqdim olunan əsərlərin hekayəsini London incəsənət auditoriyasına çatdırmaqdır.
Sərgi iki gün davam edəcək.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]