DÜNYA


Londonda etiraz aksiyası keçirilib

London, 2 may, AZƏRTAC

Londonda təhlükəsizlik güclərinin səlahiyyətlərinin dəyişdirilməsini nəzərdə tutan qanun layihəsinə qarşı etiraz aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, “Qanunu öldür” (Kill the Bill) plakatlarını daşıyan aktivistlər Londonun tarixi “Trafalgar” meydanından Daxili İşlər Nazirliyinə yürüş ediblər.

Aktivistlər çıxışlarında etiraz hüququnun təhlükə altında olduğunu və polisə daha çox güc verilməsinə qarşı olduqlarını söyləyiblər.

Mitinq iştirakçılarından 9 nəfər həbs olunub.

Londondakına bənzər nümayişlər Bristol, Şefild, Mançester və Nyukasl şəhərlərində də təşkil edilib.

Qeyd edək ki, ölkədə koronavirus səbəbi ilə toplaşmaq və tədbirlərin keçirilməsi qadağandır.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.