DÜNYA


Londonda həbs edilən etirazçıların sayı 963-ə çatıb

London, 22 aprel, AZƏRTAC

Londonda ötən həftədən bəri iqlim dəyişikliyi ilə əlaqədar keçirilən mitinqlər zamanı həbs edilən etirazçıların sayı 963-ə çatıb.

AZƏRTAC xəbər verir ki, Londonun mərkəzi küçələrində davam edən mitinq zamanı etirazçılar polislə üz-üzə gəlib.

Mitinq iştirakçıları hökumətdən iqlim dəyişikliyi ilə əlaqədar tələblərinin yerinə yetirilməsini istəyiblər. Onlar hökumətin iqlim və ekologiya üçün fövqəladə vəziyyət elan edərək həqiqəti söyləməsini, nazirlərin dərhal hərəkətə keçməsini və bu qərarların vətəndaşların iştirakı ilə verilməsini tələb edirlər.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.