SİYASƏT


Londonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

London, 9 dekabr, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Azərbaycanın Böyük Britaniyadakı səfirliyində anım mərasimi keçirilib.

Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadə mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli siyasi fəaliyyətindən danışıb. Diplomat deyib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı zamanı Azərbaycanda bütün sahələrdə dərin tənəzzül hökm sürürdü. Lakin buna baxmayaraq, dahi şəxsiyyət qısa müddətdə bu problemləri aradan qaldırdı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmizin dayanıqlı iqtisadi inkişafı təmin olundu, Azərbaycan dünya dövlətləri arasında layiqli yerini tutdu.

Səfir Tahir Tağızadə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində son illər ölkəmizin qazandığı nailiyyətlərdən, Azərbaycanda keçirilən mötəbər tədbirlərdən danışıb.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, səfirliyin nəzdindəki hərbi attaşe aparatının əməkdaşları, Britaniyadakı Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.