DÜNYA


Londonda yüzlərlə insan ölkədə karantin rejiminin tətbiq olunmasına görə etiraz aksiyası keçirib

London, 26 sentyabr, AZƏRTAC

Londonun Trafalqar meydanında yüzlərlə insan ölkədə karantin rejiminin tətbiq olunmasına görə etiraz aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, etirazçılar karantin qaydalarının sərtləşdirilməsinin dayandırılmasını tələb ediblər.

Mitinq zamanı polis və aksiyaçılar arasında qarşıdurma yaranıb. Dörd polis məmuru və 3 nümayişçi yaralanıb. Polislərdən 2-si xəstəxanaya yerləşdirilib, 10 etirazçı isə həbs edilib.

Londonun meri Sadiq Xan “Twitter” hesabından etirazçıları dağılışmağa səsləyib. O bildirib ki, aksiyalar şəhərin təhlükəsizliyini riskə atır.

Qeyd edək ki, Böyük Britaniyada koronavirusa yoluxma hallarında artım baş verdiyi üçün bəzi bölgələrdə hökumət tərəfindən karantin rejimi sərtləşdirilib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.